3 erməni deputat Qarabağa gəldi - Qanunsuz

19.03.2021 13:05     Dünyadan reaksiya     931

Ermənistan parlamentində “artsax” deputatlar qrupu yaradılır.
 
Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan deyib.
 
O, bir müddət öncə daha iki deputat – Sofiya Ovsepyan və Anna Qriqoryan ilə birgə Qarabağa səfər etdiklərini və burada separatçılarla görüş keçirdiklərini bildirib.
 
Qeyd edək ki, hər üç deputat Mənim Addımım Blokunun keçmiş üzvləridir.
 
Ermənistan parlamentində artıq Ermənistan-Qarabağ deputatlar qrupu var və ona spiker Ararat Mirzoyan rəhbərlik edir.
 

Şərhlər