Türkiyədə vəziyyət yenidən gərginləşdi

17.08.2015 02:28     Dünyadan reaksiya     1685

Türkiyənin Alanya şəhərində Atatürk abidəsinin qarşısında şəhidləri yad etmək və terror hadisələrini qınamaq məqsədilə yürüş keçirilib. Yürüş vaxtı  Xalqların Demokratiyası Partiyasının(HDP) rayon təşkilatı binasına Türkiyə bayrağı asılıb. Bu zaman HDP tərəfdarları ilə yürüş iştirakçıları arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı xeyli iaşə obyektinə zərər dəyib. Polis hadisəyə suvuran maşınlarla müdaxilə edib. Polisə kömək məqsədilə əlavə qüvvələr cəlb olunub.

Hadisələr zamanı bir polisin burnu qırılıb, 10-dan çox vətəndaş xəsarət alıb. Polis HDP binasını qoruyur. Qarşıdurma isə hələ də davam edir.

Şərhlər

Çox oxunanlar