Rusiya yeni gəmi istehsalına başlayır

17.08.2015 03:09     Dünyadan reaksiya     1642

Rusiya Fransa tərəfdən təhvil verilməyən vertolyot daşıyan Mistral gəmilərinə alternativ olaraq özü gəmi istehsal edəcək. Həmçinin gəminin nüvə reaktoru ilə də təchiz ediləcəyi bildirilir. “İnternational Business Times” qəzetinin verdiyi məlumata görə Rusiya Birləşmiş Gəmi İstehsalı şirkətindən verilən açıqlamada hazırda verdolyot daşıyan gəminin dizaynının hazırlandığı bildirilir.

Rus gəmi dizaynı şirkətinin dizayn bürosunun araşdırmalarına görə yerli istehsal gəmi layihəsini hazırlamaq üçün iki seçim var: Gəmiyə nüvə enerji modulunu yerləşdirmək, ya da yerləşdirməmək. Əgər nüvə enerji reaktoru yerləşdirilsə, gəmi 80-85 min ton çəkidə 70 təyyarə və vertolyot daşıya biləcək, əks təqdirdə isə 55-65 min tonluq 55 vasitə daşıyacaq.

Bu gəmilərin ən tez 2030-cu ildə hazır olacağı bildirilir.

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland Fransanın Rusiyaya iki ədəd Mistral gəmi təhvil verməsi haqqındakı müqaviləni keçən həftə ləğv edib. Fransa müqavilənin ləğvi qarşılığında Rusiyaya təzminat ödəməyi qəbul etmişdi.

Şərhlər

Çox oxunanlar