Türk ordusu terrorçuları məhv etdi

07.05.2021 14:59     Dünyadan reaksiya     449

Türkiyə ordusu İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyat çərçivəsində zərərsizləşdirilən PKK terrorçularının ümumi sayı 72-yə çatıb”, - məlumatda bildirilib

Reaksiya.az

Şərhlər