ABŞ da Türkiyədən "Patriot"ları çıxarır

17.08.2015 04:27     Dünyadan reaksiya     706

Almaniyadan sonra ABŞ da Türkiyədəki “Patriot” müdafiə sistemini geri çəkməyə qərar verib. Xarici İşlər nazirliyindən  “ ABŞ müddəti bu ilin oktyabrında bitən hava hücumundan müdafiə sistemini geri çəkəcəyi haqda bizə məlumat verdi” deyə açıqlama verilib. Açıqlamada deyilir: “ 2013-cü ildən bu yana Türkiyədə olan müdafiə sistemi bu ilin oktyabrında ABŞ-a geri qayıdacaq. Buna səbəb ABŞ-ın Türkiyə və digər müttəfiqlərini qorumaq üçün sistemin yenilənməyə ehtiyacının olmasıdır. Yenidən ehtiyac olarsa, ABŞ bir həftə ərzində yenidən müdafiə sistemi göndərə biləcək. ABŞ-la İŞİD-ə qarşı əməkdaşlığımız davam edir. Türkiyənin təhlükəsizliyi ABŞ üçün əhəmiyyətlidir. Aralıq dənizindəki ABŞ donanması fəaliyyətinə davam edir.

 

Şərhlər

Çox oxunanlar