Putin Paşinyanla sərhəddəki vəziyyəti müzakirə etdi
14.05.2021 13:21 Dünyadan reaksiya 672
Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Reaksiya.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunan Rusiya lideri atəşkəsə əməl olunmasına diqqət çəkərək, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların tələblərinə əməl olunmasının zəruriliyini ifadə edib.
Şərhlər