Qasparyan Koçaryanın seçki qərargahının koordinatoru oldu
18.05.2021 12:32 Dünyadan reaksiya 584
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Onik Qasparyan keçmiş Prezident Robert Koçaryanın Tavuş bölgəsindəki seçki qərargahının koordinatorlarından biri təyin edilib.
Reaksiya.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat verib.
Qasparyanın əslən İcevandan (Tavuşun regional mərkəzi) olduğu bildirilir.
Xatırladaq ki, O. Qasparyan martın əvvəllərində Nikol Paşinyan hökumətinin istefasını tələb edən bəyanat yaydıqdan bir neçə gün sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən rəsmi olaraq azad edilmişdi.
Ölkə Prezidenti Armen Sarkisyan Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə vəsatəti iki dəfə imzalamaqdan imtina etsə də, 9 mart tarixində Baş nazirin qərarı, Konstitusiyada nəzərdə tutulduğu kimi avtomatik olaraq qüvvəyə minmişdi.
Şərhlər