Nazarbayev: İnvestorlara hər cür şərait yaradacağıq
06.06.2015 17:53 Dünyadan reaksiya 1106
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə 28. Xarici İnvestorlar Şurasının Baş Məclisin toplantısı Qazaxıstanın paytaxtı Astanada təşkil edilib. Nazarbayev, yığıncaq əsnasında etdiyi çıxışda xarici sərmayəçiləri kənd təsərrüfatı sahəsi başda olmaqla ölkə iqtisadiyyatına investisiya qoymağa dəvət edib. Nazarbayev yığıncaqda etdiyi çıxışda bunları deyib: "Qazaxıstan, xarici iqtisadi şərtlər və geosiyasi təzyiqlərə baxmayaraq, davamlı iqtisadi inkişafı sərgiləmə ilə yanaşı xaricilər üçün cazibədar bir investisiya mərkəzi olmağa davam edir. Bir çox investor ölkəmizdə uzun müddətdir çalışır və Qazaxıstanı yaxşı tanıyır. Qoyulan investisiyalar sayəsində yeni məlumat, texnologiya və təcrübə əldə edirik. Bütün bunlar iqtisadi inkişafı təmin edir. Xarici investorlar isə ölkəmizdə işləməkdən məmnundur. Sərmayəçiləri məmnun etmək üçün hər cür şərait yaradacağıq".
Şərhlər