“Qarabağ bölgəsində vəziyyət qismən yaxşılaşıb” - KTMT Baş katibi

19.05.2021 15:58     Dünyadan reaksiya     791

“Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki mövcud durum gərgin olaraq qalsa da, bölgəyə Rusiyanın sülhməramlı kontingentinin daxil olması və danışıqlar prosesinin davam etməsi ilə vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılaşıb”.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas bildirib.

“Qafqaz bölgəsi haqqında danışarkən qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi zonasına Rusiya sülhməramlı kontingentinin gətirilməsi və danışıqlar prosesinin davam etdirilməsi vəziyyəti xeyli yaxşılaşdırıb. Orada uzunmüddətli sülhün yaradılması perspektivini görürük. Artıq atəş açmırlar, ancaq vəziyyət hələ də gərgin olaraq qalır”, - deyə o qeyd edib.

Reaksiya.az

Şərhlər