Gürcüstan Azərbaycanla quru sərhədini açmağı planlaşdırır
20.05.2021 10:00 Dünyadan reaksiya 676
Gürcüstan hakimiyyəti yay turizm mövsümündə qonşu ölkələrlə quru sərhədlərini açmağı planlaşdırır.
Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib.
"Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik", - Natiya Turnava jurnalistlərə bildirib.
Qeyd edək ki, Gürcüstan Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya ilə həmsərhəddir.
Gürcüstan hakimiyyəti quru sərhədlərini 2020-ci ildə koronavirus pandemiyasına görə bağlayıb. Bu halda bəzi ölkələrin vətəndaşları Gürcüstana təyyarə ilə gedə bilərlər. Gürcüstan hakimiyyətinin nümayəndələri bildiriblər ki, pandemiya şəraitində ölkəyə hava yolu ilə gəlmiş turistlərin sağlamlıq vəziyyətinə nəzarət etmək daha asandır, nəinki quru sərhədi ilə.
Turnava daha əvvəl bildirib ki, quru sərhədlərin açılışı koronavirus pandemiyasının üçüncü dalğası bitdikdən sonra reallaşacaq.
Şərhlər