Lukaşenko: “Belarus “buz müharibəsi” astanasındadır”

26.05.2021 14:29     Dünyadan reaksiya     575

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ölkəsi “buz müharibəsi” ərəfəsindədir.
 
Reaksiya.az xəbər verir ki, o müvafiq açıqlamanı parlamentdə çıxışı zamanı bildirib.
 
“Ölkəmizi qorumalıyıq və normal bir vəziyyətdə uşaqlarımıza ötürməliyik. Zaman bizi seçib. Biz özümüzü soyuq yox, artıq “buz müharibəsi” astanasında gördük. Yalnız hibrid təzyiqinə tabe olmayacaq dövlət bunun qarşısında tab gətirə bilər”.
 
“Bütün dünya ictimaiyyətinə müraciət edirəm: Belarusu silkələməyin mənası yoxdur”, – deyə Lukaşenko qeyd edib.
 

Şərhlər