FETÖ təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib.

Reaksiya.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Səlahəddin Gülən FETÖ-nin gizli quruluşları ilə təşkilatın lideri Fətullah Gülən arasında əlaqəni təmin edirmiş. Hazırda onunla bağlı araşdırma aparılır.