Ter-Petrosyan: “Böyük Ermənistan”dan imtina etməliyik

31.05.2021 14:39     Dünyadan reaksiya     458

Biz keçmişdən dərs götürməliyik, müvafiq nəticələr çıxarmalıyıq.

Reaksiya.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan yerli KİV-lərə müsahibəsində deyib. O, “Dənizdən-dəniz böyük Ermənistan”, “Kürdən Araza qədər ölkə” ideyalarından imtina edilməsi gərəkdiyini bildirib.

Ter-Petrosyan hakimiyyətə gələn qüvvənin ölkədəki situasiyanı, qonşularla problemləri, hansı xarici çağırışlarla toqquşduğunu bilməli, onun realist yollarla həllinə çalışmalı olduğunu deyib:

“Arzular yetişməmiş cəmiyyətlərə xasdır. Böyük güclər ətrafında böyük institutlar, analitiklər, tədqiqat təşkilatları çalışırlar, onlar hər detala diqqət yetirirlər. Yəni siyasi addımlardakı plyusları və minusları qiymətləndirirlər. Belə yanaşmaya adaptasiya olmayan insanlar dövləti idarə etmək qabiliyyətində deyillər”.

Eks-prezident Ermənistan ordusunun vəziyyətinin 90-cı illərdəkindən də zəif olduğunu söyləyib. Onun sözlərinə görə, nə Robert Köçəryan, nə Serj Sərkisyan, nə də Vazgen Sərkisyan zamana güvənilməməsi gərəkdiyini anlayırdı.

Reaksiya.az

Şərhlər