Türkiyə PYD ilə ittifaq qura bilməz! - SƏRT REAKSİYA
17.08.2015 10:51 Dünyadan reaksiya 1914
ABŞ-ın İŞİD ilə Mübarizə Üzrə Xüsusi Nümayəndə Müavini Səfir Brett Makqurk İŞİD-lə müharibə üçün PYD ilə əlaqələrin qurulduğunu söyləyib.
Reaksiya.az xəbər verir ki, səfir Brett Makqurk bu barədə fikrini “Hürriyət” qəzetinə veridyi müsahibədə qeyd edib. Bu bəyanat Ankarada "Suriyada PKK-ya yaxınlığı ilə seçilən PYD-nin müharibədə Türkiyənin dolayı müttəfiqi olacaq?" sualını ortaya çıxardıb. Diplomatik rəsmilər isə mümkün ittifaqı rədd edib.
Mənbə ötən günlərdə Çavuşoğlunun dilə gətirdiyi fikirləri bir növ təkrarlayaraq vurğulayıb ki, Türkiyə PYD ilə döyüşmür, lakin müttəfiqlik də müzakirə mövzusu deyil.
Bildirilib ki, Ankara terrorçu qruplaşmalara etdiyi hava əməliyyatında PYD ilə hər hansı kəşfiyyat əməkdaşlığı etmir: "Biz əməliyyatları öz kəşfiyyatımızın məlumatları əsasında həyata keçiririk. Vuracağımız hədəfləri ABŞ-a da bildiririk, onlar PYD-yə deyər və ya deməz, öz işləridir".
Şərhlər