Boko Haram liderindən “Hələ sağam” mesajı

17.08.2015 10:59     Dünyadan reaksiya     2148

Nigeriyadakı Boko Haram təşkilatının, öldüyü ya da vəzifədən alındığı iddia edilən lideri Əbubəkr Şekauya aid səs yazısı ortaya çıxıb.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD lideri Əbu Bəkir əl Bağdadiyə xitab olaraq edilən səs yazısında Şekau haqqında çıxan öldüyü ya da vəzifədən alınması iddialarını yalanlayaraq İŞİD -ə bağlığını təkrarlayıb. Şekau 8 dəqiqəlik səs yazısında, "Kafir media, mənim öldüyümü, xəstə olduğumu və danışa bilmədiyimi iddia edirlər. Mənim artıq vəzifədə olmadığım kimi bariz yalanlar söyləyib. Həyatdayam və Allahın təqdir etdiyi zamanda öləcəyəm" – cümlərlərindən istifadə edib.

Çad: Boko Haramın lideri dəyişdi

Çad prezidenti İdris Debi də keçən həftə 2009-cu ildə Nigeriyada hərəkətlərinə başlayan Boko Haram təşkilatının yeni bir lideri olduğunu irəli sürmüşdü. Debi bildirib ki, Boko Haram lideri Əbubəkr Şekaunun yerinə keçdiyi deyilən Mahamat Davud deyə bir nəfər var.

Təşkilatın videolarında tez-tez boy göstərən Şekaunun son dövrdə çəkilən şəkildə görünməməsi, aqibətinə bağlı sualları gündəmə gətirmişdi.

Şərhlər

Çox oxunanlar