Rusiya türk liderə qiyabi cəza verdirdi
01.06.2021 14:10 Dünyadan reaksiya 502
Krım Ali Məhkəməsi Krım Tatar Məclisinin sədri Refat Çubarovu qiyabi olaraq 6 il həbs cəzasına məhkum edib.
Reaksiya.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb.
O, həmçinin 200 min rubl məbləğində cərimə edilib.
Çubarov 2014-cü ildə Simferopolda toqquşmalar təşkil etməkdə ittiham edilib.
Şərhlər