Rusiyada bu sürücülərə həbs cəzası veriləcək

17.08.2015 11:08     Dünyadan reaksiya     1886

Rusiyada daha əvvəl cəza aldığı halda təkrar spirtli içki qəbul edib sükan başına keçən sürücülərə qarşı

sərt cəzalar həyata keçiriləcək. Reaksiya.az “Moskovski Komsomolets” qəzetinə istinadən xəbər verir ki, Moskvada 42 yaşındakı bir sürücü, ikinci dəfə spirtli içki qəbul edib maşın sürdüyünə görə 240 saat ictimai fəaliyyət cəzası verilib və 20 ay boyunca maşın sürməyi qadağan edilib.

1 iyul 2015 – ci il tarixində qüvvəyə minən qanun, bir dəfədən çox içkili halda maşın sürən sürücülərin 200 min rubla kimi pul cəzası verilməsi və ya 2 ilə kimi həbs cəzası verilməsini nəzərdə tutur.

Şərhlər

Çox oxunanlar