Dövlət Bağçalı ülküçülərin yolunu bağladı - Selçuk Özdağ
17.08.2015 11:05 Dünyadan reaksiya 2047
“Dövlət Bağçalı koalisiya yolunu bağlayıb, amma ülküçülər seçkilərdə koalisiya girəcək”.
Bunu sabiq MHP üzvü, Manisadan olan AKP-çi millət vəkili Selçuk Özdağ bugünkü AKP-MHP dialoqunu şərh edərkən deyib.
“Ülkücü tavan AKP ilə koalisiyaya girərək, rəhbərlikdə rol oynamaq istəyirdi. Ancaq Bağçalı bu ana qədər yolu bağladı. Mən bu görüşdən ümidli deyiləm. Baöçalı 1999-cu ildə da “Rifah və DYP istirahət etsin” deyərək strateji bir səhv etmişdi, DSP və ANAP-la koalisiyaya yönəlmişdi. İndi də “AKP CHP və HDP ilə koalisiya kursun” deyərək səhvini təkrarlayır. Siyasət təcrübə işidir”, - deyə Səlçuk Özdağ MHP liderini sərt tənqid edib.
O vurğulayıb ki, MHP sədrinin tez-tez AKP, baş nazir və prezidentin ünvanına səsləndirdiyi sərt bəyanatları “udmaq” çətindir: “Özü davamlı olaraq AKP-yə yol göstərməyə çalışır. Bu səylərini MHP-nin iqtidara gəlməsi istiqamətində göstərsəydi, daha yaxşı olardı”.
Şərhlər