Nikol Fransada dəhşətli səhv buraxdı - Mnatsakanyan
02.06.2021 14:23 Dünyadan reaksiya 444
Nikol Paşinyanın Fransa və Belçikaya səfəri oldu. Bununla o öz siyasi ölümünə qol çəkdi. Bəzən sonunu sürətləndirməmək üçün bu tip xaricə səfərlərdən çəkinmək gərəkdir.
Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistanın siyasi şərhçisi Ramella Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, ermənilər hər gün Nikola qarşı sürülən çoxlu sayda ittihamların şahidi olurlar:
“Şübhəsiz ki, o, sudan quru çıxmaq üçün çoxlu sayda yalan, riya, manipulyasiya və digər bu tip yollara əl atıb. Amma bu dəfə o, ölümcül, dəhşətli səhv etdi. Onun Fransa və Belçikaya səfərləri zamanı buraxdığı səhvlər yalnız siyasi opponentləri tərəfindən deyil, artıq bir çoxları tərəfindən dilə gətirilir. Hələ üstəlik səfərin günü də təsadüfü seçilməyib - Nikolun doğum gününə təsadüf edib. Bu, yəqin ki, Ermənistanın ən yeni tarixində ən bahalı baş nazir ad günü kimi tarixə düşəcək.
Qərb istiqamətində gedən Nikol göyə bumeranq buraxmış olub, hansı ki sonda onun özünə dəyəcək. O, Parisdə Rusiyanın son bəyanatlarına və addımlarına tamamilə məhəl qoymadı. Kremldə isə hər kəs bunu görür və qeydə alır.
O, bu səhv ilə yalnız özünü deyil, bütün Ermənistanın gələcəyini, müstəqiliyini, ümumiyyətlə dövlətçiliyini dəfn edir. Bu səhvdən sonra o, ən yaxşı halda baş nazir seçilməyəcək. Onu da qeyd edim ki, Ermənistanda kim seçkilərdə qalib olsa da, üçtərəfli razılaşmanın müddüalarına riayət edəcək”.
Şərhlər