15 sentyabr müəmması...

17.08.2015 11:20     Dünyadan reaksiya     2354

Rusiyada 1 sentyabrda başlayacaq yeni tədris ili niyə gecikdirilir?

Rusiyada orta ümumtəhsil müəssisələrində təhsil ilinin 1 sentyabrdan 15 sentyabra keçirilməsi təklifi hərarətlə müzakirə olunur. Rusiya prezidenti Putinin məsləhətçisi və keçmiş nəqliyyat naziri İqor Levitindən gələn təklifin ən gec bu həftə içində ya qəbul ya da rəd ediləcəyinin ictimaiyyətə açıqlanması gözlənilir. Çünki ortada gəzən söz-söhbətlər və iddialar ucbatından bir çox ailə məktəb və tətil planını dəyişdirib dəyişdirməmək arasında dilema yaşayır.

Putinin köməkçisi Levitin tətil mövsümünün sentyabrda davam etməsi ucbatından məktəblərin 1 sentyabr da yox, 15 sentyabrda açılmasını təklif edib. Kreml rəsmisi, bəzi ölkələrdə "tətil müddətini uzatmaq məqsədi ilə" məktəblərin 15-20 sentyabrda açılmasını nümunə göstərib.

Bu təklifdəki məntiq, Rusiyanın yaşadığı iqtisadi böhran dövründə xüsusilə daxili turizmdən gəlir əldə edən bölgələri təşviq etmək, burada Rusiya vətəndaşlarının daha uzun tətil edib iqtisadiyyata nəsə vermək baxımından dəyərləndirilməlidir.

Qeyd edək ki, hələ də hökumət rəsmi bir şərh verməyib.

Şərhlər