Rusiya və İran hərbi sahədə razılaşdılar

02.06.2021 15:06     Dünyadan reaksiya     389

İran müdafiə nazirinin müavini, briqada generalı Xocatulla Qüreyşi Moskvaya səfər edib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

O, Moskvada Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominlə görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu hərbi və hərbi texniki əməkdaşlıq, regional təhlükəsizlik məsələləri olub. Onlar müdafiə sferasında əlaqələrin inkişafı və dialoqun dərinləşdirilməsini təsdiqləyiblər.

Reaksiya.az

Şərhlər