İsrailin yeni prezidenti seçildi

02.06.2021 15:14     Dünyadan reaksiya     400

İshak Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib.

Reaksiya.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən deputatların 87-si İshak Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.

Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut”yəhudi agentliyinin rəhbəri olub.

Reaksiya.az

Şərhlər