Səudiyyə Ərəbistanı yaxında böyük bir problemlə üz – üzə qalacaq - ABŞ prezidentliyinə namizəd:

17.08.2015 11:35     Dünyadan reaksiya     2258

Amerikada keçiriləcək prezident seçkilərində Respublikaçıların namizədliyə namizədi və əmlak kralı kimi bilinən Donald Trump Ərəbistanının yaxın bir zamanda çox böyük bir problemlə üz-üzə qalacağını söyləyib.

Reaksiya.az xəbər verir ki, amerikalı rəsmilər NBC-nin verdiyi açıqlamada Səudiyyə Ərəbistanının, ABŞ tərəfindən göstərilən siyasi və diplomatik dəstəyi kifayət qədər kompensasiya etmədiyini ifadə edərək, Ərəbistanından neft gəlirini Amerika ilə paylaşmasını istəyib.

Donald Trump bildirib ki, Ərəbistanının gündəlik 1 milyard dollar gəliri var və əgər Amerika olmasaydı Ərəbistanı heç vaxt bu gəlirə sahib ola bilməzdi.

Amerikalı rəsmi Amerikanın Ərəbistanı dəstəklədiyini və bu dəstəyin xərcinin da çox olduğunu və buna qarşı isə heç bir ödəmə almadığını söyləyib.

Şərhlər