Səddam Hüseynin qardaşının cəsədi oğurlandı
17.08.2015 11:55 Dünyadan reaksiya 1823
İraqın edam olunan keçmiş diktatoru Səddam Hüseynin qardaşı Vatban İbrahim Əl-Həsənin cənazəsi oğurlanıb.
Reaksiya.az ərəb mediasına istinadən xəbər verir ki, Bağdadda dünyasını dəyişən Vatbanın cəsədi yoxa çıxıb. İraqdakı ən böyük qəbilələrdən birinin başçısı Şeyx Həsən Əl-Neda yerli KİV-lərə müsahibəsi zamanı bu faktı təsdiqləyib.
Xatırladırıq ki, Vatban da İraqın digər rəsmiləri ilə birlikdə həbsxanada idi və orda müəmmalı şəkildə dünyasını dəyişib. Səddam Hüseynin qohumları isə Vatbanın öldürüldüyünü və yerli hakimiyyət orqanlarının öz cinayətlərini ört-basdır etmək üçün cəsədin oğurlatdığını iddia edirlər.
Şərhlər