Bayden - Putin görüşü dünyanın əksər ölkələri üçün dərs olacaq

07.06.2021 16:41     Dünyadan reaksiya     965

Bayden - Putin görüşünün baş tuta biləcəyi barədə müsbət cavab alınıb.

Danışıqlara hazırlıq hələ başlamasa da  ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün iyunda keçiriləcəyi bildirilir.

Kreml rəhbərinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalına müsahibəsində görüş barədə danışarkən rəsmi Vaşinqtondan görüşün baş tuta biləcəyi barədə müsbət cavabın alındığını bildirib. ABŞ tərəfi liderlərin görüşünü yaxın həftələrdə keçirməyi təklif edib.

Təbii ki, iki böyük dövlət rəhbərlərinin görüşü dünya ictimaiyyəti tərəfindən maraqla izlənir.

 Reaksiya.az-ın  müsahibi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bayden - Putin görüşünün dünyanın əksər ölkələri üçün bir dərs olacağını bildirib.

Politoloq hesab edir ki, Bayden tikintisinin 95 % -i arxada qalmış Şimal axını 2 layihəsindən sanksiyaları götürəcək.

Həmçinin Ukrayna məsələsində anti- Rusiya addımları atmayacaq. Krım və Donbas mövzularında Kiyevin istədiyi hərbi- siyasi dəstəyi Zelenskiyə verməyəcək.

Qarabağ məsələrisinə gəldik də isə politoloq hesab edir ki, Bayden Moskvanın kurasiyasını qəbul edəcək, bölgədəki "erməni məsələsi"nin yaşamağa davam etməsini Putindən istəyəcək.

Bütün bunların əvəzində, Bayden Putindən gizli şəkildə Çinə qarşı ABŞ - ın atacağı addımlara dəstək olmağını istəyəcək.

 

Rəsmiyyə Allahverdiyeva

Reaksiya.az

Şərhlər

Çox oxunanlar