Alman silahları PKK-nın əlinə keçdi

17.08.2015 12:15     Dünyadan reaksiya     1514

İŞİD-lə müharibədə peşmergəni MİLAN tank əleyhinə raketlərlərilə və dağıdıcı əl qumbaraları ilə təchiz edən Almaniyanın silahları PKK-nın əlinə keçib. Son hücumlar bu iddiaları təsdiqləyir.

Reaksiya.az xəbər verir ki, PKK-nın son zamanlarda zirehli maşınlara həyata keçirdiyi raket hücumları zamanı İŞİD-in ağır itki verməsi və şəhid sayının artması təhlükəsizlik qüvvələrini düşünməyə vadar edib.

Almaniyanın “Der Spiegel” jurnalı ötən fevral ayındakı sayında “Almaniyanın peşmergəyə göndərdiyi silahlar PKK-nın əlinə keçdi” başlığı ilə yaydığı yazı iddiaları gündəmə gətirmişdi.

2 gün əvvəl də Adanadakı bir zibillikdə MİLAN raketi tapılmışdı.

Spiegel TV-nin yayımladığı video görüntülərdə isə PKK yaraqlılarının Almaniya tərəfindən göndərilən silah qutularını göstərdikləri açıq şəkildə ortaya çıxmışdı.

MİLAN RAKETİ NƏDİR?

Alman-fransız birgə istehsalı olan MİLAN tank əleyhinə raketi 1970-ci illərdə müasir tankların döyüş invertarına daxil olub.

Bu raket uzaqdan bir kabel vasitəsilə idarə edilir. 2000 metr mənzilli MİLAN raketi vertolyotlara qarşı da nəzərdə tutulub.

 

Şərhlər

Çox oxunanlar