Sarkisyan 24 saat vaxt verdi - ya faktları təqdim edəcək, ya da

09.06.2021 11:10     Dünyadan reaksiya     365

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd edib.

Reaksiya.az xəbər verir ki, Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirərək, "Sarkisyan əsgərlərdən oğurlanan milyonları Monte Karlo kazinosunda uduzanda özünü güllələyərdi" söyləyib.

Sarkisyan prezidentliyi illərində daim “kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib.

O, Nikol Paşinyana 24 saat vaxt verib:

“Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O (Nikol Paşinyan - red.) yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya  faktları təqdim edəcək, ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək”.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 İyunda başlayıb. Kampaniya dövründə partiya liderləri bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilər.

Reaksiya.az

Şərhlər