Lavrov: "Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra..."

09.06.2021 11:17     Dünyadan reaksiya     368

Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. 

Reaksiya.az xəbər verir ki,  Rusiyanın xarici işlər naziri Sergey Lavrov  bu barədə “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Biz Suriyada işləyirik. Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Həmçinin nazir qeyd edib ki, Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə kömək etməyə davam edəcək.

Reaksiya.az

 

 

 

 

Şərhlər