Nikol qalib gəlməsə, İrəvanda qan su yerinə axacaq
09.06.2021 15:37 Dünyadan reaksiya 455
Əgər Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə seçilməsə, Ermənistanda dəhşətli vətəndaş müharibəsi başlanacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə Vətəndaş Partiyasının həmtəsisçisi, tanınmış erməni ekspert Artur Ambartsumyan bildirib.
“Paşinyan növbədənkənar seçkilərin başqa nəticəsi ilə razılaşmayacaq və qəbul etməyəcək. Onu yalnız özünün seçiləcəyi nəticə qane edəcək. O, bu barədə bir neçə dəfə deyib. 2020-ci ildə xalq qarşısında çıxış edərkən o bəyan etdi ki, Ermənistanda vətəndaş müharibəsi olmayacaq, yalnız ona görə ki, insanlar düzgün hökumət seçəcəklər. Bir neçə gün bundan əvvəl isə Armavirdə bildirib ki, seçkilərdə öz qələbəsindən başqa hər hansı digər nəticəsini qəbul etməyəcək.
Bir sözlə, Paşinyan Ermənistan üzərində tam hakimiyyəti İlham Əliyevə belə verməyə hazır olar ki, taxt-tac onun opponentlərinə çatmasın", - deyə ekspert qeyd edib.
Ambarsumyan əminliklə bildirib ki, Nikol Paşinyan yenidən seçilməsə, o ən dəhşətli addımlara əl atacaq: “Ermənilər ermənilənin qanını İrəvan küçələrinə tökəcək”.
Şərhlər