Lavrov: Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil
09.06.2021 16:27 Dünyadan reaksiya 562
10 noyabr razılaşmasının bəndlərindən biri kommunikasiyaların açılmasıdır.
Reaksiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması məsələsi həmişə ATƏT-in Minsk Qrupunun gündəmində olub.
O, həmçinin bu razılaşma çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün 2021-ci ilin yanvarında keçirildiyini, kommunikasiyaların açılması problemləri ilə birbaşa məşğul olacaq baş nazir müavinləri səviyyəsində İşçi Qrup yaradıldığını xatırladıb.
Lavrovun sözlərinə görə, Türkiyə və İranın da maraqları nəzərə alınmadan bu məsələnin həlli mümkün deyil:
“Şimal-Cənub və Şərq-Qərb strateji marşrutlarının keçdiyi kritik rayonlardır. Kimi buraya cəlb edib, kimi cəlb etməməyi düşünmək lazım deyil. Uzunmüddətli perspektivdə münasibətlərin necə qurulması gərəkdiyi düşünülməlidir”.
Şərhlər