Bu ölkədə motosiklet istifadəsinə qadağa qoyuldu

10.06.2021 10:49     Dünyadan reaksiya     421

Nigeriyada vətəndaşlara qarşı edilən hücumların qarşısının alınması məqsədilə hökumət tərəfindən motosiklet istifadəsinə qadağa qoyulub.

Reaksiya.az xəbər verir ki, bu barədə Nigeriya Valiliyinin sözçüsü Əhməd Ketso rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, Tegina bölgəsindəki Salihu Tanko mədrəsəsindən qaçırılan 136 tələbənin təhlükəsiz şəkildə sərbəst buraxılması üçün hökumət əlindən gələni edir. Əyalətdə artan hücumların əksəriyyətinin motosikletlə edildiyinə görə hökumət motosiklet istifadəsinə qadağa qoyub.

Qeyd edək ki, mayın 30-da qaçırılan 136 tələbənin sərbəst buraxılması müqabilində 110 milyon Nigeriya nairası tələb edilmişdi. Nigeriya Prezidenti Məhəmməd Buxari isə bundan imtina etmişdi.

Reaksiya.az

Şərhlər