Polşa Rusiyaya casusluq edən jurnalisti yaxaladı

10.06.2021 12:10     Dünyadan reaksiya     446

Polşa vətəndaşı Rusiya xeyrinə casusluqda ittiham edilərək saxlanılıb.

Reaksiya.az xəbər verir ki, bu məlumatı Polşa Baş Prokurorluğu yayıb. Məlumata görə, casus olmaqda ittiham edilən şəxsə qarşı əməliyyatı Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları keçirib.

Saxlanılan şəxsin adının Yanuş N. olduğu bildirilib. Onun “Wprost” qəzetində çalışdığı qeyd edilib.

Reaksiya.az

Şərhlər