Xocalı qatili olan generalın qardaşı oğlu məhv oldu

12.06.2021 15:01     Dünyadan reaksiya     547

Ermənistanda ölümlə nəticələnən avtoqəza baş verib.

Reaksiya.az virtualaz.org-a istinadən bildirir ki, hadisə dünən Armavir bölgəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil Eçmiədzin-Marqara magistral yolunda hərəkət zolağından çıxaraq qaz kəmərinə çırpılıb. Qəza nəticəsində ölən sürücünün Ermənistan ordusunun generalı Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir.

Məlumata görə, hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü Vaqarşapat tibb mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə yüksək rütbəli zabit və müstəntiqlər cəlb olunub. Faktla bağlı araşdırma başladılıb.

"Polis və istintaq şöbəsi ölən sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışıb. Vaqarşapat Daxili İşlər İdarəsinin şöbə müdiri Rafael Poqosyanın rəhbərlik etdiyi əməliyyat qrupu da hadisə yerində görünüb. Maraqlıdır, adi bir avtoqəzanın olduğu məkanda bu izdiham niyə yaranıb? Əraziyə toplaşanlar mərhumun məşhur generallardan birinin yaxın qohumu olduğunu söyləyiblər. Adı açıqlanmayan sürücünün general Seyran Saroyanın qardaşı oğlu olduğu bildirilir",- erməni KİV-i yazıb.

Xatırladaq ki, Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, general Seyran Saroyanın da adı keçir.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər