“Böyük yeddilik” dövlətləri inkişaf etməkdə olan ölkələrə təqribən 1 milyard doza vaksin verəcəklər

12.06.2021 18:33     Dünyadan reaksiya     427

“Böyük yeddilik” üzvü olan dövlətlər inkişaf etməkdə olan və özünü koronavirusa qarşı preparatlarla təmin edə bilməyən ölkələrə təqribən 1 milyard doza vaksin verəcəklər.

Reaksiya.az AZƏRTAC a istinadən xəbər verir ki, bu yardım həm hazır vaksinlərin verilməsi, həm də onların istehsalının maliyyələşdirilməsi şəklində həyata keçiriləcək. Sözügedən 1 milyard doza vaksinin 50 milyon dozası ən yoxsul ölkələrə bu il sentyabrın sonuna qədər, qalan 950 milyon doza isə gələn il ərzində təqdim olunacaq.

Bir sıra dövlətlər, xüsusən inkişaf etmiş ölkələr onların öz əhalisini bir neçə dəfə immunlaşdırmaq üçün kifayət edəcək qədər vaksin ehtiyatı tədarük ediblər.

AFR hökuməti bəyan edib ki, ölkədə bu sahədə çox iş görülüb və Almaniya pandemiyaya qarşı mübarizənin ən böyük tərəfdarlarından biridir.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər