Küveyti qum fırtınası iflic etdi

14.06.2021 11:25     Dünyadan reaksiya     365

Küveyti güclü qum fırtınası cənginə alıb.

Reaksiya.az xəbər verir ki, ölkədə qum fırtınası gündüzü gecəyə çevirib.

Fırtına səbəbindən tıxaclar, qəzalar var. Texnika qumla örtülmüş yolları təmizləməyə cəlb edilib, limanların işi müvəqqəti dayandırılıb.

Tənəffüs yolu xəstəlikləri olan insanlara fırtına keçənə qədər çölə çıxmamaları tövsiyə edilib.

Reaksiya.az

Şərhlər