Putin və Bayden Qarabağı müzakirə edəcək

15.06.2021 12:13     Dünyadan reaksiya     454

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:

"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır".

Reaksiya.az

Şərhlər