Çarukyanın biznesmenləri Paşinyanın tərəfinə keçir

16.06.2021 12:13     Dünyadan reaksiya     313

Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputat Vaan Karapetyan Nikol Paşinyanın komandasına keçib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

İş adamı Paşinyanın Sünikdəki təşviqat kampaniyası zamanı onu müşayiət edib. Paşinyanla Sünikdə həmçinin biznesmen Suren Balayanın da olduğu vurğulanıb.

Qeyd edək ki, Vaan Karapetyan Çeri Vaan ləqəbi ilə məşhurdur. Bu ləqəbi almasına səbəb İrəvana “Çeri” mehmanxana kompleksinə sahib olmasıdır.

Reaksiya.az

Şərhlər