Əfqanıstan bu rayonu Talibandan geri aldı

16.06.2021 14:05     Dünyadan reaksiya     426

Əfqanıstanda hökumət qüvvələri Fəryab əyalətinin Dövlətabad rayonunu yenidən nəzarət altına alıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Faryab Polis İdarəsinin sözçüsü Kərim Yuriş məlumat yayıb.

O bildirib ki, əməliyyat çərçivəsində xeyli sayda Taliban üzvü öldürülüb.

Hadisə ilə bağlı Taliban qruplaşması açıqlama verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlətabad da daxil olmaqla, bir neçə rayon Talibanın nəzarətinə keçmişdi.

Reaksiya.az

Şərhlər