Bu şirkətin vaksini koronaya təsir etmir

17.06.2021 10:29     Dünyadan reaksiya     443

Almaniyanın "CureVak" şirkətinin yeni növ koronavirus infeksiyasına qarşı istehsal etdiyi peyvəndin (CvnCoV) qısa müddətli təhlili göstərdi ki, onun effektivliyi cəmi 47% təşkil edir.

Reaksiya.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunub ki, təxminən 40 000 könüllüyə bu peyvənd vurulub. Peyvəndin effektivliyi 47 faiz olduğu üçün lazımi meyarlara cavab verməyib.

Şirkət bildirib ki, peyvəndin effektivliyinin məlumatları Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

Reaksiya.az

 

Şərhlər