Berlində qarşıdurma: 60 polis ağır yaralandı

17.06.2021 13:35     Dünyadan reaksiya     366

Almaniyada sol radikallarla qarşıdurma zamanı 60 polis müxtəlif dərəcədə ağır bədən xəsarəti alıb.

Reaksiya.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

İğtişaşa səbəb müxtəlif solçu birliklərin yaşadığı çoxmərtəbəli mənzilin alman hökuməti tərəfindən sökülmə planıdır. Qeyd olunur ki, bir neçə ildir rəsmi şəxslər solçu birlikləri köçürməyə çalışır, lakin radikalların müqaviməti ilə qarşılaşırlar.

Mənzil sakinləri şəhər rəhbərliyinin nümayəndələrini evə buraxmamaq üçün küçədə yanan təkər və tikanlı məftillərlə barrikadalar qurublar. Hadisə yerinə gələn polis əməkdaşlarına isə daş və butulka atıblar.

Reaksiya.az

Şərhlər