Əgər erməni hərbçilər Xankəndindən çıxmasa... - Abramyan

17.06.2021 13:41     Dünyadan reaksiya     413

Bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmağı imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər.

Reaksiya.az xəbər verir bu barədə "Genaket" analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Tiqran Abramyan "Pressinq" verilişinin efiri zamanı bildirib.

"Böyük ehtimalla "arsax" məsələsi artıq mövcud deyil, bu məsələ tam olaraq bağlıdır. Bu gün biz dövlətimizin və ölkəmizin sonunu görürük. Güman etmək olar ki, əgər hər şey belə davam etsə, 10 ildən sonra bütün Ermənistan Türkiyənin tərkibində olacaq", - deyə o qeyd edib.

Reaksiya.az

Şərhlər