Çinlə mümkün münaqişədə üstünlük əsas hədəfdir
18.06.2021 10:10 Dünyadan reaksiya 406
Böhranlı vəziyyətlərdə gərginliyi azaltmaq üçün ABŞ və Çin orduları arasında hərbi əlaqələri yaxşılaşdırmaq lazımdır.
Reaksiya.az xəbər verir ki, bu sözləri ABŞ Baş Qərargah rəisi Mark Milli deyib.
“ABŞ ordusunun modernizasiyasına investisiya qoymasaq, yaxın 10-15 ildə ciddi milli təhlükəsizlik problemi yaşayacağıq. 2022-ci il büdcəsində bu məsələlər nəzərdə tutulub. Məsələn, Çinlə mümkün münaqişədə ABŞ ordusunun üstünlük əldə etməsi onun əsas qayəsidir”, - M.Milli bildirib.
Qərargah rəisi eyni zamanda Çinlə əlaqələri möhkəmləndirməyin vacibliyini diqqətə çatdırıb:
“Mən daim çinli həmkarımla əlaqədəyəm. Lakin ordunun müxtəlif pillələrində bunu görmürük. Çin ordusu ilə əlaqə yaratmaq sürətini artırmalıyıq. Telefonu qaldırıb dərhal danışa bilməliyik, yaxud nazir həmin an cavab verməlidir”.
Şərhlər