Ukrayna: Donbası azad edə bilərik, amma...

18.06.2021 10:12     Dünyadan reaksiya     225

Ukrayna ordusu Donbasın işğal olunmuş şəhərlərini azad etmək gücündədir, amma bunu böyük insan tələfatı ehtimalı ucbatından etməyib.

Reaksiya.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. O, Ukrayna ordusunun ölkəni qorumağa 100% hazır olduğunu bildirib. Onun sözlərinə görə, Donbasda əməliyyatlara başlamaq qərarı fövqəladə dərəcədə yüksəkdir.

“Biz işğal olunmuş şəhərləri götürə bilərikmi? Bəli bacararıq. Qorlovka və Donetski götürə bilərik. Başa düşmək lazımdır ki, bunun arxasında insanlar dayanır. On minlərlə insan ölə bilər. Kim buna görə məsuliyyət daşıyacaq?”

Reaksiya.az

Şərhlər