İranda prezident seçkisi başladı: Mühafizəkarlar geri dönür?

18.06.2021 10:17     Dünyadan reaksiya     375

İranda prezident seçkisinə start verilib.

Reaksiya.az xəbər verir ki, ölkədə səhər saatlarından etibarən 66,8 min seçki məntəqəsi açılıb.

Səsvermədə ümumilikdə 52,31 milyon şəxsin iştirakının planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, prezident postu uğrunda İranda 4 namizəd mübarizə aparır. Bunlar İbrahim Rəisi, Möhsün Rezai, Əmir Hüseyn Qazızadə və Əbdülnasir Hemmatidir.

Sorğulara əsasən, prezident olmaq üçün ən böyük şans İbrahim Rəisiyə məxsusdur. Ondan sonrakı yerdə Rezai qərarlaşıb. Hər iki namizdə konservatorların nümayəndəsi sayılır. Digər maraqlı məqam isə Rəisinin bundan öncəki prezident seçkisində iştirak edərək, məhz Ruhaniyə məğlub olmasıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar