Minsk razılaşmaları üzərində işləməliyik, başqası yoxdur

18.06.2021 10:21     Dünyadan reaksiya     388

Minsk razılaşmaları ilə bağlı işləmək lazımdır, başqa sazişlər yoxdur.

Reaksiya.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov vurğulayıb ki, Kiyev Minsk razılaşmalarını hazırki formada yerinə yetirə bilməz.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Minskin danışıqlar üçün meydança ola bilməyəcəyini və başqa yer axtarmaq lazım olduğunu bildirmişdi.

Reaksiya.az

 

 

Şərhlər