ABŞ: Şimal axını 2-yə qarşıyıq

18.06.2021 10:32     Dünyadan reaksiya     271

ABŞ administrasiyası Şimal axını-2 qaz kəmərinə qarşı çıxır.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Migel Berqerlə görüşü zamanı deyib.

Şerman görüş zamanı Avropanın enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin Çin və Rusiyaya qarşı vahid yanaşmanın vacibliyini vurğulayıblar.

Reaksiya.az

Şərhlər