ABŞ Normand formatına qatılır?

21.06.2021 10:26     Dünyadan reaksiya     186

ABŞ-ın Normand formatına qatılması, Vladimir Zelenski və Cozef Baydenin Vaşinqtondakı görüşündən sonra dəyişəcək.

Reaksiya.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Leonid Kravçuk deyib.

“Əgər ABŞ qatılsa, hesab edirəm ki, bu prosesin nizamlanması üçün böyük addım olacaq. Bu o deməkdir ki, Minsk meydançasından indikindən daha çox diplomatiya, səy və sərt mövqe olacaq” – deyə o bildirib.

Qeyd edək ki, Normand formatında Ukrayna, Fransa, Almaniya və Rusiya yer alır.

Reaksiya.az

Şərhlər