Çin peyvənd tətbiqinə görə rekord qırdı
21.06.2021 10:27 Dünyadan reaksiya 469
COVİD-19 peyvəndi ilə bağlı dünya ölkələri üzrə statistik məlumat açıqlanıb.
Reaksiya.az xəbər verir ki, məlumatda dünyanın 180 ölkəsində 2 milyard 540 milyon dozadan çox peyvəndin tətbiq edildiyi bildirilib.
Dünyada gündəlik tətbiq olunan peyvənd dozalarının sayı 38,5 milyon doza olaraq qeyd edilib.
Peyvəndləməyə görə 1 milyard doza ilə Çin birinci yerdədir. İkinci ən çox peyvənd olunan ölkə 317 milyon 117 min 797 doza ilə ABŞ-dır. Ən çox peyvənd edilən üçüncü ölkə isə 276 milyon 255 min 304 doza ilə Braziliyadır
Şərhlər