Köçəryandan ilk açıqlama: - planlı saxtalaşdırma...

21.06.2021 11:26     Dünyadan reaksiya     490

Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku bəyanat yayıb.

Reaksiya.az xəbər verir ki, bəyanatda növbədənkənar parlament seçkilərinin nəticəsini “hələ ki” qəbul etməyə hazırlaşmadıqları bildirilib.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etibar yaratmır.

“Müxalifətin çoxsaylı mitinqi və hakimiyyətin gözlə görünən azsaylı tədbiri, ölkədəki etibar krizisi başqa ovqatdan xəbər verir. Yüzlərlə seçki məntəqəsindən ciddi siqnallar almışıq ki, bunlar planlı saxtalaşdırmaya şahidlik edir”, - bəyanatda bildirilib.

“Ermənistan” bloku qeydə alınan qanunsuzluqları araşdıracağını və bu sualların cavabı tapılmayana qədər seçki nəticələrini tanımayacağını elan edib.

Reaksiya.az

Şərhlər