Köçəryan tam məğlub oldu: xalq ondan qorxur - Markov

21.06.2021 15:34     Dünyadan reaksiya     423

Ermənistan Azərbaycanla Rusiyanın iştirak etdiyi sülhü seçdi.

Reaksiya.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Ermənistanda ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanmasına münasibət bildirərkən deyib.

“Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Köçəryan Bloku 21%, onun müttəfiqi Serj Sərkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər